Xəstələrin də hüquqları müdafiə olunacaq

"Azərbaycanda “Pasiyentlərin hüquqlarının qorunması haqqında” yeni qanun layihəsi hazırlana bilər". 

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib. M.Quliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun da icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik”.
Millət vəkili əlavə edib ki, “Psixoloji yardım haqqında” qanun layihəsi artıq bütün müvafiq qurumlarla razılaşdırılıb: “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi ilə bağlı məsələlər də həllini tapıb. Hər iki qanun layihəsi bu il Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarıla bilər". (trend)

11.01.2017 17:42 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo