Ötən il 22,6 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Adəm Abbaslı/AZADİNFORM. 2016-cı ilin 12 ayı ərzində Azərbaycan Respublikası elektroenergetika sistemində 22,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.

Bu barədə məlumat Azadinform-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən daxil olub. Bildirilir ki, bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davamlı şəkildə həyata keçirilib.

Mənbənin bildirdiyi digər bir məlumata görə, 2016-cı ilin dekabr ayında isə 2,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

11.01.2017 16:50 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
    22.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo