SOCAR dövlət büdcəsinə ödədiyi vəsaiti açıqlayıb

Samir Soltanov/AZADİNFORM. SOCAR tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 mln. 56 min manat vəsait ödənilib. 

Şirkətdən Azadinform-a verilən məlumata görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 mln. 736 min manat və ya 171,3% çoxdur. 

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 mlrd. 395 mln. 421 min manat vəsait ödənilib. 

Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 mln. 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 mln. 119 min manat və ya 103,7% çoxdur.

11.01.2017 16:10 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo