Sərkisyanın yerində olsam İlham Əliyevin dünənki çıxışını təkrar-təkrar dinləyərdim

AZADİNFORM. Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyevin giriş nitqində Qarabağ müharibəsi və mənfur düşmənlərimizlə bağlı vurğuladığı bir məqam xüsusilə diqqətimi çəkdi.

Azadinform xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələyə toxunan dövlət başçısı haqlı olaraq qeyd etdi ki, “Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.

"İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə...". Məsələ də elə budur. Partiya sədrinin fikrincə, Prezident bu cümləsiylə əslində çox həssas bir nöqtəyə toxunub: “Ancaq Ermənistan rəhbərliyi çevik düşünmək, problemi tez dərk etmək və nəhayətdə, konstruktiv addımlar atmaq qabiliyyətinə malikdirmi?”

Ə. Hüseynov əlavə edib ki, İlham Əliyev Ermənistan prezidentinin belə bir qabiliyyətə malik olmadığını bildiyi üçün öz çıxışında Aprel döyüşlərinə xüsusi yer ayırdı: “Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik”.

Partiya sədri hesab edir ki bu, birbaşa Serj Sərkisyana ünvanlanmış açıq mesajdır: “Azərbaycan Prezidenti bu mesajıyla ermənilərin rəhbərini avantürist və təxribatçı hərəkətlərdən əl çəkməyə, ciddi olmağa, cığallıq etməməyə və bu müharibənin sonunun nəinki Sərkisyanın özü üçün, eyni zamanda bütün ermənilər üçün fəlakətli sonluqla bitəcəyini başa düşərək, nə qədər ki gec deyil yanlış siyasətdən vaxtında əl çəkməyə çağırdı. Mən Sərkisyanın yerində olsam, İlham Əliyevin dünənki çıxışını təkrar-təkrar dinləyər və düzgün nəticələr çıxarmağa çalışardım”.

11.01.2017 16:00 / Baxılıb: 150 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo