Yalan məlumat yayanlar məsuliyyət daşıyır SOCAR

Adəm Abbaslı/AZADİNFORM. Yanvarın 11-də bir sıra elektron kütləvi informasiya vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb.

Azadinform xəbər verir ki, SOCAR yayılan məlumatlara rəsmi şəkildə münasibət bildirib. “Bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməmişdir. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar”, - deyə SOCAR-ın yaydığı bəyanatda qeyd olunur.

11.01.2017 15:55 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo