Bank rəhbərləri operativ iclasa çağırıldı Rüstəmov tərəfindən

Azərbaycanda bütün bankların rəhbərlərinin fövqəladə iclası çağırılıb. 

Məlumata görə, bununla bağlı ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmovun imzası ilə banklara məktub daxil olub. Toplantıda müzakirə olunacaq məsələlərlə bağlı hələ ki, ictimaiyyətə məlumat verilmir. 

Ancaq iclasda ölkə başçısının Nazirlər Kabinetinin iclasında banklarla bağlı səsləndirdiyi tənqidi fikirlərin, dolların alış qiymətinin aşağı salınması, Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka ilk dəfə ediləcək transfert və.s kimi aktual məsələlərin müzakirə olunacağı gözlənilir. 

Qeyd edək ki, toplantı yaxın saatlarda başlayacaq. (qafqazinfo.az)

11.01.2017 15:46 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo