Bu il Cənub Qaz Dəhlizinə 500 milyon manata yaxın pul ayrılıb

Samir Soltanov/AZADİNFORM. Bu il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub. 

Azadinform xəbər verir ki, cari ildə bu məqsəd üçün 496 mln. 155 min manat vəsait xərclənəcək ki, bu da 2016-cı il ilə müqayisədə 1 mlrd. 859 mln. 163 min manat və ya 4,7 dəfə azdır. 

Qeyd edək ki, bu, Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub. 

11.01.2017 15:20 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
    25.03.2017
    Neft bahalaşıb
     Xəbər lenti
    27.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo