Peskov: Kremlin əlində Trampın əleyhinə kompramat yoxdur

Rüstəm Əliyev / AZADİNFORM. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin əlində ABŞ-da yeni prezident seçilmiş Donald Tramp və Hillari Klintona qarşı nüfuzdan salacaq kompramatın olmadığını deyib.

Azadinform bildirir ki, bu barədə TASS informasiya agentliyi xəbər yayıb. D. Peskov məsələni şərh edərkən deyib: “Kremldə Trampa qarşı heç bir kompramat yoxdur, bu haqda yayılan məlumatlar yanlışdır və uydurmadan başqa heç nə deyil”.

Qeyd edək ki, daha əvvəl CNN telekanalı ABŞ vəzifəli şəxslərindən aldığı məlumata əsaslanaraq bildirib ki, ötən cümə günü Nyu-Yorkda keçirilmiş xüsusi brifinq zamanı kəşfiyyat xidmətinin rəhbərləri Trampa Rusiyanın xüsusi xidmət orqanlarında ona qarşı şəxsi həyat və iqtisadi tərkibli kompromatın olduğunu deyiblər.

11.01.2017 15:10 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo