Brain Ring izlə, Nar-dan hədiyyə qazan müsabiqəsi başa çatdı

Adəm Abbaslı/AZADİNFORM. “Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının səkkizinci mövsümü başa çatıb. Yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparıb.

“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilib. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanıblar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə ediblər.

Dekabr ayının qalibləri olan “Twitter” istifadəçiləri: Əhəd Əliyev (@ehed2pi), Mahir Əsgərov (@mahirasg). 

Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

11.01.2017 15:00 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo