Daha bir tələbə Azercell-dən təqaüd alacaq

Adəm Abbaslı/AZADİNFORM. “Azersell”in 1 oktyabr 2016-cı il tarixində elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələrini müəyyən edib. Nəticələrə görə Azərbaycan universitetlərində təhsil alan 27 tələbə “Azersell”in təqaüdçüsü adına layiq görülüb.

Təqaüd Proqramını qazananlardan biri də AzTU-nun SABAH qruplarının IV kurs tələbəsi Şahin Xəlilovdur. Şahin Xəlilov həm də 2016-cı ilin fevralında Azərcell-in Təcrübə Proqramını qazanıb və şirkətdə hal-hazırda təcrübə keçir.

Proqramda qalib gələn tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər. 

Qeyd edək ki,Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli keçirilib. Birinci seçim mərhələsində (01 noyabr – 10 noyabr, 2016) tələbələrin onlayn şəkildə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr - 27 dekabr, 2016) onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Eyni zamanda tələbələr Azercell-in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.

11.01.2017 14:50 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo