Ermənistanın əsas dayəsi Rusiyadır Politoloq

Ləman Hüseynzadə / AZADİNFORM. “Xarici yardım dedikdə birmənalı olaraq Rusiya nəzərdə tutulur”. 

Bunu Azadinform-a politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd etdiyi – “Xarici yardım olmasa, ermənilər bir həftə bizim qarşımızda dura bilməyəcəklər” fikrinə münasibət bildirərkən deyib. Politoloq əlavə edib ki, həqiqətən Rusiyanın hərbi yardımı olmasa, Rusiya Ermənistanın arxasında durmasa Azərbaycan qısa müddətdə Ermənistan ilə təklikdə bu problemi həll edə bilər.

E. Şahinoğlu hesab edir ki, Azərbaycan güc vasitəsi ilə işğalçını sülhə məcbur edə bilər: “Sadəcə Rusiya Ermənistana hərbi dəstək verdiyindən, müasir raketlər göndərdiyindən, birgə hərbi qoşunlar yaratdığından bu problemlərin həlli bir az çətinləşir. Elə aprel döyüşlərin götürsək, görərik ki, Azərbaycan daha böyük uğurlar qazana bilərdi”.

O bildirib ki, mənim fikrimcə, dövlət başçısı da xarici dəstək dedikdə elə Rusiyanın dəstəyini nəzərdə tutur: “Çünki Ermənistan qərb ölkələrindən əvvəl maliyyə dəstəyi alırdısa, indi elə də böyük maliyyə dəstəyi almır. Ermənistanın yeganə ümidi Rusiyadır. Ermənistanın Rusiyanın hərbi, iqtisadi yardımına ehtiyacı var. Onlar qazın qiymətinin aşağı endirmələrinə görə Rusiyaya yalvarırlar. Yəni Ermənistanın əsas dayəsi Rusiyadır”.

11.01.2017 14:28 / Baxılıb: 181 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo