Həmrəy olduqda qarşımızdakı maneələri daha rahat dəf edə bilərik

Ləman Hüseynzadə / AZADİNFORM. “Dünyada dini müstəvidə gedən prosseslər hər birimizin gözü qabağındadır”.

Bunu Azadinform-a Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi ili elan etməsinə münasibət bildirərkən millət vəkili Fəzail İbrahimli bildirib. O qeyd edib ki, bu qərar Ərəb və İslam dünyasına, İslama, “İslam terrorizmdir” düşüncəsinə qarşı olan bir fikirdir.

Millət vəkili hesab edir ki, bu bir mesajdır və bildirilir ki, ey İslam aləmi, ey İslam dünyası siz bilin və eşidin ki, biz bir olmalıyıq: “Vədlərimiz bir olmalı, bir-birimizin arxasında durmalı, dinimizi və əqidəmizi qorumalıyıq. Amma bu, o demək deyil ki, başqa dinlərə qarşı olmalıyıq. Onsuz da bizim Azərbaycanda bir tolerantlıq var və multikulturalizm düşüncələri yaşayır”. 

F. İbrahimlinin fikrincə, həmrəy olmaq yaxşılığa doğru addım atmaqdır: “Bu İslam həmrəyliyidir, yəni burda ayrı-ayrı İslamın cərəyanları, İslam dinindən sui istifadə etmək və digərləri kənara çəkilməlidir. Başa düşmək lazımdır ki, biz həmrəy olduqda güclü, qüvvətli olarıq və qarşımızdakı maneələri daha rahat dəf edə bilərik”.

11.01.2017 14:13 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo