FHN-in zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib. 

Azadinform xəbər verir ki, dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır. 

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir. 

Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

11.01.2017 14:08 / Baxılıb: 57 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.01.2017
18.01.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo