ABŞ-da 9 qara dərilini qətlə yetirən şəxs edam ediləcək

Rüstəm Əliyev / AZADİNFORM. ABŞ-da qaradərililər kilsənin 9 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Dilan Ruf edam hökmünə məhkum edilib.

Azadinform xəbər verir ki, bu haqda Euronews məlumat yayıb.

Xatırladaq ki, keçən ilin iyun ayında Ruf Çarlstonda kilsəyə daxil olub tapançadan atəş açaraq 9 nəfəri qətlə yetirib. Noyabr ayında məhkəmənin andlı iclasçıları onu təqsirləndiyi 33 maddə əsasında təqsirli tanıyıb. Lakin bu prosesin sonu deyil. Hazırda Rufu federal məhkəmə təqsirli bilib, hökmün həyata keçirilməsi üçün isə onu Cənubi Karolina məhkəməsi də təqsirli bilməlidir.

11.01.2017 13:57 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo