ADU-nun adı nüfuzlu reytinq siyahısında

Adəm Abbaslı/AZADİNFORM. Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) təşkilatı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin universitetlərinin 2016-cı ilin ikinci yarımili üçün reytinqini açıqlayıb.

Azadinform xəbər verir ki, siyahıda ilk üç yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşür. Sevindirici haldır ki, ölkəmizin bir neçə universitetinin də adının düşdüyü reytinq siyahısında Azərbaycan Dillər Universitetinin (ADU) də adı öz əksini tapıb. ADU siyahıda 121-130-cu pillələrdə qərarlaşıb. 

Qeyd edək ki, reytinq siyahısında Türkiyə, Çexiya, Polşa, Qazaxıstan, Belarus, Estoniya və digər dövlətlərin universitetləri də yer alıb.

11.01.2017 13:43 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo