Çempionatın ilk günü 163 pəhləvan gücünü göstərəcək

Samir Soltanov/AZADİNFORM. Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürüb. 

Azərbaycan Güləş Federasiyasından Azadinform-a verilən məlumata görə, ilk yarış günündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində sərbəst güləş üzrə 163 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirəcək. 

Açılış mərasimi saat 17:00-da, ardınca günün final görüşləri başlayacaq. 

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

11.01.2017 13:35 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo