Paytaxtda şimal küləyi əsəcək

Samir Soltanov/AZADİNFORM. Bakı və Abşeron yarımadasında yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şərq rayonlarında isə çiskinli yağıntı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

11.01.2017 13:22 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.08.2017
    23.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo