Düşmən cəbhədə üzləşdiyi aprel rüsvayçılığını hələ də unutmayıb

Ləman Hüseynzadə / AZADİNFORM. “2016-cı il kimi 2017-ci il də hərbi sahədə çox gərgin olacaq”.

Bu fikri Azadinform-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O qeyd edib ki, bunu bir sıra amillər ilə əlaqələndirir: “Bundan əvvəlki illərdə xüsusən də Qarabağla bağlı yığılıb qalmış problemlərin daha da ciddiləşməsi, həll edilməməsi və digər bır sıra faktorlar belə qənaətə gəlməyə əsas verir. Bundan əlavə də bizim Silahlı Qüvvələrimiz qarşısında daha mürəkkəb və daha geniş tapşırıqlar qoyulmasının şahidi olacağıq”. 

Ekspertin fikrincə, hətta ola bilsin ki, ölkənin siyasi və hərbi rəhbərliyi daha uzaq gedən məqsədlər güdən tədbirlər planına əl atsınlar: “Bu tədbirlər sırasında biz genişmiqyaslı – tabur, briqada və birləşmə səviyyəsində hərbi təlimlərin keçirilməsinin, həmçinin ölkəmizin Silahlı Qüvvələrinin daha çox sayda beynəlxalq hərbi-siyası təmsilçiliyinin olmasını nəzərdə tuturam. Ərazi bütövlüyümüzün təmin edilməsi də sözsüz ki, bir nömrəli prioritet vəzifə olaraq qalacaqdır”.

Ü. Cəfərov düşünür ki, qarşı tərəf – bədnam qonşularımızın da çoxsaylı təxribatlara əl atacaq: “Hesab edirəm ki, bu, ikinci bir aprel savaşına oxşar ciddi toqquşmalara da gətirib çıxsın. Hər halda ordumuz bunu da diqqətdən əsla qaçırmamalıdır. 2016-cı ilin aprelində düşmənin cəbhənin müxtəlif istiqamətlərində üzləşdiyi rüsvayçılıq və məğlubiyyət hələ də Ermənistan cinayətkar rəhbərliyi tərəfindən unudulmayıb və onlar revanş götürmək üçün çox çalışırlar”.

11.01.2017 12:32 / Baxılıb: 484 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo