Bu Azərbaycan Prezidentinin qlobal miqyasda ən cəsarətli ideyalarından biridir

Leyla Məhərrəmova / AZADİNFORM. “Azərbaycan çox azsaylı dövlətlərdəndir ki, həm Avropa təşkilatlarının, həm də islami strukturların üzvüdür”.

Bu fikri Azadinform-a politoloq Mübariz Əhmədoğlu Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi ili elan etməsinə münasibətində deyib. O qeyd edib ki, coğrafi baxımdan Qərblə Şərq arasında yerləşən Azərbaycanda bu iki sivilizasiya kəsişir. Politoloq bildirib ki, 2 məsələ gündəmə gəlir: “Birinci, Azərbaycanın coğrafi vəziyyətini reallaşdırmaq, yəni sivilizasiyaların qarşılaşdığı məkan kimi potensialını ortaya qoymaqdır. İkinci istiqamət isə Azərbaycan rəhbərliyinin siyasi iradəsidir. Hazırda islam və xristian dünyası arasında münasibət getdikcə gərginləşir. Qərblə müsəlman dünyası arasında münasibətlər getdikcə pisləşir, gərginliyin sürəti artır”. 

M. Əhmədoğlunun fikrincə, Azərbaycan rəhbərliyinin siyasi iradəsi ordadır ki, o real vəziyyəti bilir, məsələnin nə qədər qəliz olduğunu bilir. Və bunu bilərəkdən məsələnin həlli ilə məşğul olmaq üçün öz iradəsini, məsuliyyətini, zəhmətini, resurslarını ortalığa qoyur: “Azərbaycan dəfələrlə siyasi iradə nümayiş etdirib. Hesab edirəm ki, bu Azərbaycanın qlobal miqyasda ən böyük siyasi iradələrindən biridir. Azərbaycan Prezidentinin İslam dünyasının Qərbdə necə tanınması barədə verdiyi izah Azərbaycanın işə başlamasının başlanğıc nöqtəsidir. Yəni İslam dünyası ilə Qərb arasında vəziyyət necədir, Avropada multikulturalizmə və dini müxtəlifliyə necə münasibət var”.

Politoloq hesab edir ki, bu Azərbaycan Prezidentinin qlobal miqyasda ən cəsarətli ideyalarından biridir: “Hesab edirəm ki, bu ideya da reallaşdırdığımız ideyalardan olacaq”.

11.01.2017 12:16 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo