76 mindən artıq donordan 36 min ton qan tədarük edilib

Samir Soltanov/AZADİNFORM. Ötən ilin 11 ayında respublika üzrə donor sayı 76692 nəfər olub və onlardan 36,369 ton qan tədarük edilib. 

Azadinform xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankının direktor müavini Namirə Abbasova bildirib. O qeyd edib ki, Aşura günü 4141 nəfər qan verib, onlardan 1863,8 litr qan alınıb: “2016-cı ildə Mərkəzi Qan Bankında 44393 nəfər qan verib. Bu qanlardan 17952 vahid eritrosit kütləsi və 639 vahid təzə dondurulmuş plazma (TDP) Talassemiya Mərkəzinə, 7324 vahid eritrosit kütləsi və 4 062 vahid TDP isə Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan xəstələrə buraxılıb. 2010-cu ildə respublika üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6% artaraq 75 184 nəfər olub ki, bu rəqəmin də təxminən 54,5%-i bankın donorlarının payına düşür. 40 972 nəfər donor MQB-na qan verib. Respublika üzrə 2010-cu ildə 21 ton 131 litr, 2015-ci ildə 36 ton 598 litr qan tədarük edilib”. 

Direktor müavini Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparıldığını vurğulayıb: “Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin edilir. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyasının da yerinə yetirilməsinə başlanıb”.

11.01.2017 12:03 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo