Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Samir Soltanov/AZADİNFORM. NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. 

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.


11.01.2017 11:10 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo