Qəza baş verən qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb Rəsmi

Samir Soltanov/AZADİNFORM. Ötən gün yanğın baş verən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb. 

Azadinform xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatda deyilir. 

"Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli lterntiv xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb", - deyə məlumatda bildirilir.

11.01.2017 11:03 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo