Azərbaycanda 924 nəfər zəhərlənib

Samir Soltanov/AZADİNFORM. 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi hadisəsi baş verib, 924 nəfər zərər çəkib. 

Azadinform xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin illik hesabatında bildirilib. Hesabata görə, ötən il 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zəhərlənib. Qida zəhərlənmələrindən 2 nəfər vəfat edib. 

Ötən ilin dekabr ayında isə baş verən 24 qida zəhərlənməsi halı nəticəsində 37 nəfərin zərər çəkdiyi, 3 botulizm hadisəsi nəticəsində 9 nəfərin zəhərləndiyi açıqlanıb.

11.01.2017 10:46 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo