Tarixdə BU GÜN

Adəm Abbaslı/AZADİNFORM. Bu gün - 11 yanvar tarixində dünyada bir sıra yaddaqalan hadisələr baş verib. Azadinform tarixin bu günü baş verən hadisələrə ekskursiya edir.

 

 

 

 

 

 

 

 

 

 

1920-ci il. Paris Sülh Konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstanın müstəqillik ərinin de-fakto tanınması haqqında qərar yekdilliklə qəbul olunub. Bu uğur Paris sülh konfransında iştirak edən Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin səkkiz aylıq gərgin və səmərəli diplomatik fəaliyyəti nəticəsində qazanılıb.

 

 

1569-cu il. Tarixdə ilk dəfə olaraq İngiltərədə, Müqəddəs Pavel kilsəsində lotereya oynanılıb. İlk lotereyanın uduş fondu 5 min (hazırkı kursla 850 min) funt sterlinq dəyərində idi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

1759-cu il. Pensilvaniya ştatının paytaxtı Filadelfiyada ABŞ-ın ilk həyat sığortası şirkəti yaradılıb.

 

 

 

 

1935-ci il. Amerikalı Amelia Earhart birnəfərlik təyyarə ilə Sakit okean üzərindən uçuş həyata keçirən ilk qadın təyyarəçi kimi tarixə düşüb. O, Havay adalarından Kaliforniyayadək uçuş keçirib.

11.01.2017 10:00 / Baxılıb: 75 / Çap
 
Bu bölmədə
13.02.2017
Tarixdə bu gün
10.02.2017
Tarixdə bu gün
 Xəbər lenti
20.02.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo