ATƏT-ə üzv olan bütün dövlətlər Ermənistana təzyiq etməlidir

Leyla Məhərrəmova/AZADİNFORM. ATƏT-in son zamanlar verdiyi bəyanatların yerinə yetirilməməsi onun nüfuzunun getdikcə düşməsindən xəbər verir.

Bu fikri Azadinform-a politoloq Arzu Nağıyev Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılması üçün ATƏT-in Minsk qrupunun yaydığı bəyanatı şərh edərkən deyib.  Politoloq düşünür ki, Minsk qrupunun həmsədrləri öz işlərinə daha məsuliyyətlə yanaşmalıdır. A. Nağıyev dekabrın 29-da təxribat törədən Ermənistan tərəfinin əsgərimizin cəsədini qaytarmaqdan imtina etdiyini vurğulayıb.

O qeyd edib ki, bütün dünyada aparılan müharibələrdə belə prosedur yoxdur: “Döyüş zonasında qalmış nəşin verilməməsi Ermənistanın müxtəlif beynəlxalq qurumların qərarlarına laqeyd münasibəti və onları saymamamısıdır. Hesab edirəm ki, Minsk qrupunun rusiyalı həmsədri Ermənistana hərtərəfli təzyiq etməlidir”. A. Nağıyev sərhəddə baş verən təxribatdan sonra hər iki tərəfin  itki verdiyini deyib. O qeyd edib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi müvafiq addımlar atır: “Hesab edirəm ki, tək Minsk  qrupu deyil, ATƏT-ə üzv olan bütün dövlətlər Ermənistana təzyiq etməlidir. Müharibə qanunlarını pozduğu üçün Ermənistana məsuliyyətə cəlb etmək lazımdır”. O sonda deyib ki, Minsk qrupu bir sıra münaqişənin həlli ilə bağlı bəyanatlar versə də, heç bir nəticə vermir: “Heç olmazsa, təşkilat belə vəziyyətlərdə qətiyyətli olmalı və gələcəkdə nüfuz qazanmaq üçün bu addımları atmalıdır”.

11.01.2017 09:45 / Baxılıb: 255 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo