Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşdi

AZADİNFORM. Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib.

Federasiyanın mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, ukraynalı Leonid Layinski əsas milliyə baş məşqçi təyin olunub.

Nəriman Abdullayev bu komandada böyük məşqçi vəzifəsini davam etdirəcək.

Gənclərdən ibarət komanda Vaqif Şirinova tapşırılıb. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək.

Qadınlardan ibarət komanda isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək.

Qeyd edək ki, böyüklər arasında Azərbaycan çempionatı 25 - 30 yanvarda keçiriləcək.

10.01.2017 23:37 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo