SOCAR qaz kəmərindəki qəza ilə bağlı məlumat yaydı

AZADİNFORM. Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

SOCAR-dan Azadinform-a verilən məlumata görə, yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

10.01.2017 23:26 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo