Səngəçalda qaz xəttində yenidən yanğın olub

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub.

Azadinform xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

SOCAR hadisənin baş verməsini təsdiqləyib. 

Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib.

10.01.2017 22:25 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo