BŞBPİ gecə klubunda baş verən insidentlə bağlı açıqlama yaydı

AZADİNFORM. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) gecə klubunda baş verən insidentlə bağlı açıqlama yayıb.

İdarədən Azadinform-a verilən məlumatda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Leqenda” gecə klubunda ötən il dekabrın 29-da reper Ramil Nabranın iştirakı ilə “Party” təşkil olunub: "Samir və Azər Namiq oğlu Hüseynovlar da kluba əylənmək üçün gəliblər. Onlar klubda olarkən “Leqenda”nın işçisi Elçin Mürvət oğlu Allahverdiyevlə aralarında mübahisə baş verib. Mübahisə zamanı tərəflərdən heç biri digərlərinə qarşı fiziki zor tətbiq etməyib, klubda kütləvi dava-dalaş baş verməyib, klubun pəncərələri və şüşələri qırılmayıb. Hazırda faktla bağlı araşdırma davam etdirilir".

10.01.2017 21:44 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo