Göyçayda polis mal-qara oğrularını axtarır

Göyçay rayonunda baş verən oğurluq hadisəsinin üstü isti izlərlə açılıb.

Məlumata görə, hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində baş verib.

Kənd sakinləri Abdullayev Vüsal Front oğlu və Abdullayev Yaqub Tahir oğlu əlbir olaraq ötən gecə əmisi oğlu və yaxın qonşusu olan Abdullayev Sənan Süleyman oğluna məxsus tövləyə gizli yolla daxil olaraq oradan 3 baş iribuynuzlu heyvanı oğurlayıblar. Onlar oğurladıqları heyvanları bu gün səhər saatlarında “QAZEL” markalı yük avtomobili ilə Ağdaş rayonunun Aral-2 kəndinə apararaq qəssablıq fəaliyyəti ilə məşğul olan Samir Sadıqova 1550 manata satıblar. 

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan mal-qaranın yeri isti izlərlə müəyyən edilib. Mal-qara qəssab S. Sadıqovun həyətində diri şəkildə aşkar edilib. S. Sadıqov öz izahatında bildirib ki, oğrular inəkləri öz heyvanları kimi ona təqdim ediblər və guya kredit borcları olduğuna görə satdıqlarını deyiblər. Heyvanları oğurlayaraq satan şəxslər qaçıb gizləniblər. Hazırda onların tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.  

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

10.01.2017 20:56 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo