Azərbaycan klubu Çempionlar Liqasında məğlub oldu

Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Telekom" klubu bu gün növbəti oyununu keçirib.

A qrupunun mübarizəsində rəqib Polşanın "Ximik" klubu olub.

Görüş qonaqların üstünlüyü ilə başa çatıb. "Telekom" oyunu 0:3 hesablı məğlubiyyətlə başa vurub. Bu nəticə ilə Bakı təmsilçisi qrup sonuncusudur.

İlk turda "Telekom" İtaliyada "İmoko Volley"ə 0:3, "Ximik" isə "Nordmekkanika"ya 1:3 hesabı ilə uduzub.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

17:00. "Telekom" (Azərbaycan) - "Ximik" (Polşa) - 0:3 (16:25: 21:25: 20:25)

Hakimlər: Filip Şurman (Lixtenşteyn), Sabo-Aleksi Paul Katalin (Rumıniya)

Bakı. Sərhədçi Olimpiya İdman Mərkəzi (report)

10.01.2017 20:05 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo