Fransanın dövlət katibi Azərbaycana gəlir

Fransanın inkişaf və frankofoniya üzrə dövlət katibi Jan Mari Le Quen yanvarın 10-11-də Azərbaycana səfər edəcək. 

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

O, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Jan Mari Le Quenin Azərbaycan Prezidenti İlham Əliyev ilə də görüşü planlaşdırılır.

Həmçinin, Fransanın dövlət katibi 2016-cı ilin sentyabrında açılmış Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək. (report)

10.01.2017 19:57 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo