Güclü qar Qarabağa imkan vermədi

Samir Soltanov/AZADİNFORM. Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlığını davam etdirir. 

Azadinform klubun saytına istinadən xəbər verir ki, hazırlığın 6-cı günündə meydançada 2 məşq nəzərdə tutulmuşdu. Lakin bu gün Antalyada kəskin hava şəraiti ilə əlaqədar olaraq, komanda ilk məşqini fitnes zalında keçirib. “Qarabağ”lı futbolçuların trenajor məşqləri təxminən 1 saat davam edib. 

Qeyd edək ki, “Qarabağ”ın baxışa dəvət etdiyi Rusiyanın "Amkar" komandasının yetirməsi Rinat Hüseynov artıq Ağdam klubunun düşərgəsindədi.

10.01.2017 18:55 / Baxılıb: 137 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo