Çalışacağıq ki, İslam aləmini birləşdirək - İlham Əliyev

“Bu il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bunun çox böyük mənası var”.

Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. 

Dövlət başçısı deyib ki, Azərbaycan bu oyunları keçirməklə, bir daha öz gücünü, imkanlarını göstərəcək, öz dini dəyələrinə sadiqliyini nümayiş etdirəcək: “Çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdır. Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri ölkəmiz haqqında nələr deyir, necə yüksək qiymətlər verirlər! Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimi, düzgün, ədalətli, prinsipial və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan edirəm”.

10.01.2017 15:05 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo