Niyazi küçəsindəki qəmbər daşlar asfaltlanacaq

Samir Soltanov/AZADİNFORM. “Bu il keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Hökumət Evinin qarşısındakı Paddok ərazisində bütün infrastrukturun inşasına, yaz aylarında isə Niyazi küçəsində qəmbər daşları ilə örtülən hissənin asfalt qatla örtülməsinə başlanılacaq”. 

Azadinform xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində bildirib. O qeyd edib ki, aprel ayında tribunalar və müvəqqəti yerüstü keçidlərin quraşdırılmasına başlanılacaq: “May ayında - İslam Həmrəyliyi Oyunlarından dərhal sonra trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılacaq. 2017-ci il üçün Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar tikinti və montaj işləri 1-ci ildəki kimi böyük ölçüdə olmayacaq. Ümumilikdə, trekin konfiqurasiyası dəyişməz olaraq, qalır. Yalnız bəzi döngələrdə təhlükəsizlik baxımından modifikasiya işləri aparılacaq”.

10.01.2017 15:02 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo