Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il qazanılan uğurlardan danışıb. 

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını,  TANAP layihəsinin böyük hissəsinin icra edildiyini nəzərə çatdırıb.

Dövlət başçısı deyib ki, 2016-cı ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı tədbirlər görülüb. O bildirib ki, 2016-cı il idman sahəsində də uğurlarla yadda qalıb: “Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarında tarixi nailiyyətlərə imza atıblar”.

Prezident keçən ilin sentyabrında baş tutan referendumun nəticələrindən də danışıb: “Referendum xalqımızın iradəsini əks etdirib”.

Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan prezident İlham Əliyev bu çərçivədə Bakıda bir neçə mötəbər tədbir keçirildiyini qeyd edib: “Roma Papasının Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar bir daha ölkəmizin önəmini təsdiqləyib”.

İ. Əliyev onu da əlavə edib ki, 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısı səfər edib, beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.

10.01.2017 15:00 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo