"Xarici yardım olmasa ermənilər bir həftə bizim qarşımızda dura bilməyəcəklər" - İlham Əliyev

Xarici yardım olmasa, ermənilər bir həftə bizim qarşımızda dura bilməyəcəklər.

Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə bizim qarşımızda dura bilməyəcəklər".

10.01.2017 14:33 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo