Ermənistan BQXK-dən Çingiz Qurbanovla bağlı açıqlama

Leyla Məhərrəmova/AZADİNFORM. Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyinin sözçüsü Hasmik Qalstyan ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin geri qaytarılması ilə bağlı Ermənistana müraciətlə yaydığı bəyanata münasibət bildirib.

Azadinform tert.am-a istinadən xəbər verir ki, o qeyd edib ki, BQXK hazırda hər iki tərəflə dialoq aparır: “Danışıqlar məxfi olduğu üçün biz məzmunu açıqlaya bilmərik. Tərəflər razılığa gələrsə, cəsədin qaytarılması prosesində neytral tərəf kimi iştirak etməyə hazırıq”.

10.01.2017 13:40 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.01.2017
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo