Avropa Oyunları Azərbaycana böyük uğurlar gətirdi

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan hər zaman böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir”. 

Azadinform xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Yanes Kosiyançiç bu gün keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, I Avropa Oyunlarını buna misal göstərmək olar: "Avropa Oyunları Azərbaycana böyük uğurlar gətirdi. Bu, Rio Olimpiya Oyunlarında da özünü göstərdi və Azərbaycan 18 medal qazandı. İnanıram ki, Azərbaycan bundan da böyük uğurlar əldə edəcək”. 

Y.Kosiyançiç xatırladıb ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə keçiriləcək: “İnanıram ki, Belarus Azərbaycanın təcrübəsindən istifadə edəcək. Çünki Bakıda Avropa Oyunları yüksək səviyyədə keçirildi”.

10.01.2017 13:30 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo