Bakıda növbəti avtobus qəzası 1 nəfər ölüb

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyi "BakıBus" MMC-yə məxsus marşrut avtobusunun qəza törətməsi barədə məlumat yayıb. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C. Xəndan küçəsində Bakı şəhər sakinləri Sevda İsmayılovanın idarə etdiyi "Nissan" və Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtomobillər toqquşub. Qəzada yaralanaraq xəstəxanaya yerləşdirilmiş S. İsmayılova orada ölüb. 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

10.01.2017 12:43 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo