Dəhliz filminin tizeri nümayiş olunub - Video

Samir Soltanov/AZADİNFORM. “Xocalı soyqırımının 25 illiyində ifadələr iddiaları məhv edir” ideyası əsasında çəkilən yeni “Dəhliz” filminin tizeri nümayiş olunub. 

Azadinform xəbər verir ki, “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən və dünyada böyük marağa səbəb olan, Xocalı faciəsinin ilk şahidi ukraynalı pilot Leonid Kravetsin soyqırım barədə danışdıqları əsasında çəkilən “Cəhənnəmi Görmüş Pilot” sənədli filminin quruluşçu-rejissoru Elmar Məlikovun növbəti işi olan “Dəhliz”-in əsas məqsədi Xocalı qətliamının necə baş verdiyinin bu günə kimi qaranlıq qalan detallarını ictimayiləşdirməkdir. Filmdə Ermanistan hakimiyyətinin guya Xocalıda soyqırım törədilməməsi ilə bağlı irəli sürdüyü iddiaları tutarlı sübut və faktlarla darmadağın edilir. 

Filmin müəllifi Elmar Məlikovun verdiyi xəbərə görə, CBC kanalının texniki dəstəyi ilə hazırlanan filmdə Azərbaycanın tanınmış jurnalistləri Ceyhun Əsgərov və Vüsalə Məmmədova da öz töhfələrini veriblər. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən qətliam zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.




"Dəhliz" / "Corridor" 2017 - Official® Trailer... by elmar-malikov

10.01.2017 11:30 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2017
    21.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo