Əl yükündə metadon aşkar edildi

Adəm Abbaslı/AZADİNFORM. Gömrükdə əl yükündə metadon adlı dərman preparatı aşkar edilib.

Bu barədə Azadinform-a Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Astara Gömrük İdarəsində İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilib. Gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxsin əl yükünə təkrar baxış zamanı içərisində dərman preparatları olan sellofan torbada, istehsal qablaşması pozulmuş vəziyyətdə 115 ədəd həb şəklində metadon aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 115 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 4,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

10.01.2017 11:11 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo