Tarixdə BU GÜN

Adəm Abbaslı/AZADİNFORM. Bu gün - 10 yanvar tarixində dünyada bir sıra yaddaqalan hadisələr baş verib. Azadinform tarixin bu günü baş verən hadisələrə ekskursiya edir.

 

 

 

 

 

 

 

 

 

 

1863-cü il. Londonda dünyada ilk metropoliten xətti (3,6 kilometr) işə salınıb. Metropolitenin dəmir yolu xətti buxar mühərrikli qatarların hərəkəti üçün nəzərdə tutulurdu. Yeraltı dəmir yolunda ventilyasiya zəif olduğu üçün stansiyalarda parovoz tüstüsü nəfəs almağı tez-tez çətinləşdirirdi. Buna baxmayaraq, yeni nəqliyyat növü populyarlıq qazana bildi.

 

 

 

 

 

 

1920-ci il. Cenevrədə Millətlər Liqasının ilk iclasında Birinci Dünya müharibəsinə son qoyan Versal müqaviləsi ratifikasiya edilib. Millətlər Liqası 1946-cı il aprelin 20-də ləğv olunub, onun aktivləri və öhdəlikləri BMT-yə verilib.

 

 

 

 

 

 

 

 

1862-ci il. Amerikalı ixtiraçı, silah ustası Semyuel Kolt vəfat edib (1814-1862). Dəfn mərasimində iştirak edən qohumlar, dostlar, onun fabrikində işləyən qulluqçu və fəhlələr, ABŞ Milli Qvardiyasının üzvləri və ordu əsgərləri Koltu son mənzilə onun özünün düzəltdiyi silahların atəş səsləri altında yola salıblar.

 

 

 

 

 

1870-ci il. Con Rokfeller “Standard Oil of Ohio” səhmdar cəmiyyətini təsis edib. Şirkət çox keçmədən ABŞ-da neft sahəsində üstünlüyü ələ alaraq qlobal miqyasda sənaye imperiyasına çevrilib. Bu gün dünyanın ən böyük neft şirkətlərindən biri olan “ExxonMobil” “Standard Oil”un varisidir.

 

 

 

 

 

 

 

 

 

 

 

1962-ci il. Tarixdə ən böyük qar uçqunu baş verib: Nevado Uaskaran (Peru) dağında başlayan qar və buz uçqununun həcmi təxminən 3 milyon kubmetrə, uçqunun sonunda isə 10 milyon kubmetrə çatıb. Bu uçqun 7 dəqiqə ərzində Ranrairka şəhərini, 6 daha kiçik məntəqəni Yer üzündən silib, üç yaşayış məntəqəsini isə qismən dağıdıb. Təxmini hesablamaya görə, 4 min insan təbii fəlakətin qurbanı olub.

 

 

 

 

 

 

 

 

 

 

 

1971-ci il. Fransanın moda kraliçası Qabriel Şanel (1882-1971) vəfat edib. Onun tərəfindən 1922-ci ildə yaradılmış “Şanel N5” ətri ilk süni ətir olsa da, öz fenomenal uğuru nəticəsində firmanın maliyyə rifahının əsasını qoyub.

10.01.2017 10:00 / Baxılıb: 182 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.05.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo