Gəncədə 1 ədəd tank əleyhinə mina aşkarlanıb

Adəm Abbaslı/AZADİNFORM. Gəncə şəhərində 1 ədəd tank əleyhinə mina aşkarlanıb.

Bu barədə Azadinform-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumata görə, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti Gəncəvi qəsəbəsi ərazisindən 1 ədəd TM-62P tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə 50 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 09 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu, Lənkəran və Gəncə şəhərlərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirilib, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 750 kv.m ərazi yoxlanılıb.

10.01.2017 09:05 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo