Dünyanın ən yaxşı futbolçusu seçimində "Qarabağ"ın 2 futbolçusu iştirak edib

FİFA 2016-cı ilin ən yaxşı futbolçusu üçün səsvermənin nəticələrini açıqlayıb. 

Sorğuda milli komandaların kapitanları ilə baş məşqçiləri iştirak ediblər.

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov ilk üçlükdə müvafiq olaraq Kriştianu Ronaldu, Lionel Messi və Antuan Qrizmannı göstərib. Sonda ardıcıllıq da belə olub.

Sadıqovun "Qarabağ"dakı komanda yoldaşı, Albaniya yığmasının kapitanı Ansi Aqolli də ardıcıllığı bu cür göstərib.

Qeyd edək ki, Ronaldu 34,54 faiz səslə qalib olub. Messi səslərin 26,42 faizini, Qrizmann 7,53 faizini toplayıb. (report)

9.01.2017 23:57 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.03.2017
    24.03.2017
     
    © 2017 All right reserved www.azadinform.az Powered by Danneo