Azərbaycan klubu albaniyalı legioneri ilə yollarını ayırıb

“Zirə” klubu qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb.

Azadinform-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yayda heyətə cəlb olunan Gerhard Proqni karyerasını başqa klubda davam etdirəcək. 

Albaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Gerhard Proqnı ötən yay "Zirə" ilə 2 illik anlaşmaya imza atıb. 

9.01.2017 19:48 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo