Sebastyan Kurz ATƏT üçün prioritet olan məsələləri açıqlayacaq

Leyla Məhərrəmova/AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastiyan Kurz yanvarın 12-də Vyanada ölkəsinin ATƏT-ə sədrlik proqramı və prioritetləri ATƏT Daimi Şurasına təqdim edəcək.

Azadinform ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, Kurz ATƏT məkanındakı böhran və münaqişələrə fokuslanmaqla, inam və etimad quruculuğunun perspektivləri, artan radikalizm və  zorakı ekstremizm kimi Avstriya sədrliyinin prioriteti olan məsələləri diqqətə çatdıracaq.

Qeyd edək ki, ATƏT-ə sədrlik bu il yanvarın 1-də Almaniyadan Avstriyaya keçib.

9.01.2017 16:26 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.01.2017
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo