Azərbaycana gələn İran vətəndaşından marixuana götürülüb

Samir Soltanov/AZADİNFORM. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə, xalis çəkisi 24,878 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.

9.01.2017 16:17 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2017
    18.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo