Bu, ermənilərin yeni bir ideoloji uydurmasıdır

Ləman Hüseynzadə / AZADİNFORM. Ermənistan mətbuatında yayılan xəbərə görə, erməni geoloq Akop Mkrtçyan bildirib ki, Ermənistan müvafiq qurumları Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundakı məşhur “İstisu” bulağı ətrafında yeni müalicəvi istirahət kompleksi yaratmağı planlaşdırır: “İstisu” mineral bulağı ətrafında istirahət kompleksinin salınması üçün yaxşı perspektiv var və Ermənistanın müvafiq qurumları bu haqda düşünür. Perspektivdə əcnəbi turistlərin kütləvi şəkildə bura cəlb olunması mümkündür”.

Azadinform-a mövzu ilə bağlı münasibət bildirən politoloq Fikrət Sadıqov qeyd edib ki, nəyinsə barəsində bəyanat vermək və onu həyata keçirmək arasında böyük bir fərq var: “Kimsə nəyisə istəyirsə, bu heç də o demək deyil ki, bu istək gerçəkləşəcək və ya reallaşacaq. Dünya birliyi, o cümlədən Minsk qrupunun həmsədrləri yaxşı bilirlər ki, Dağlıq Qarabağ ətrafında olan 7 rayon Ermənistan tərəfindən işğal altındadır. Bu da birbaşa demək olar ki, Azərbaycana təcavüzdür. Bunu isə bizə qarşı yeni bir təcavüz kimi qiymətləndirmək olar. Bununla bağlı hər halda belə bir niyyətləri varsa, əlbəttə ki, rəsmən etirazımızı bildirməli və bunu beynəlxalq təşkilatlara bəyanatla çatdıraraq geniş şəkildə yaymaq lazımdır. Həmçinin Minsk qrupunun həmsədrlərinə çatdırılmalıdır. Amma bunu etməyə çalışsalar və belə bir cəhd baş versə, əlbəttə ki, biz daha kəskin reaksiya verməliyik”. 

Politoloq hesab edir ki, belə bir fakt gerçəkləşə bilməz: “Biz öz torpaqlarımızda hansısa bir istirahət kompleksinin düşmən tərəfinə peşkəş olunmasına imkan verməməliyik. Mənə elə gəlir ki, bu, ermənilərin yeni bir ideoloji uydurmasıdır. Çünki işğal olunmuş, hərbi və münaqişə olan zonalara heç kim istirahətə getmir. Onlar illizuyalara qapılmasınlar. Düşünürəm ki, belə bir fantastik bəyanatların verilməsi ilə heç bir konkret addım atıla bilməz və heç bir normal, sağlam düşüncəli insan hansısa bir ölkədən ora heç vaxt gələ bilməz”.

9.01.2017 16:00 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo