“İranın Dağlıq Qarabağ məsələsini başımıza qaxınc etməyə haqqı yoxdur, gedib Bəhreyni alsın”

Leyla Məhərrəmova/AZADİNFORM. İsrailin baş naziri Benjamin Netanyahunun Azərbaycan səfərinin heç bir dövlətə zərəri yoxdur.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, İran-Ermənistan münasibətlərinin tarixi İsrail-Azərbaycan münasibətlərinin tarixindən qədimdir. Politoloq vurğulayıb ki, İranın Dağlıq Qarabağ məsələsini bizim başımıza qaxınc etməyə haqqı yoxdur: “İran 1971-ci illərdə Behreyni uduzub. Getsin Bəhreyni alsın”.

O əlavə edib ki, Azərbaycan İranın ölkə daxilindəki neqativ fəaliyyətini dayandırmaq iqtidarındadır: “Azərbaycan məsələ ilə məşğul olsa İran çox ciddi zərbə alacaq”. M. Əhmədoğlu hesab edir ki, biz dinc qonşu olmağa məhkumuq. Politoloq İran prezidenti Həsən Ruhani Xudafərin hidroqovşağı ilə bağlı müqaviləni ratifikasiya etməsini müsbət hal kimi dəyərləndirib.

9.01.2017 14:42 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2017
    23.03.2017
     
    © 2017 All right reserved www.azadinform.az Powered by Danneo